mobil versiya

Biletim.az portalı üzərindən onlayn bilet alışı 5 dəfə artıb




Ötən ilin müvafiq dövrü ilə müqayisədə Biletim.az portalı üzərindən onlayn bilet alışı 5 dəfə artıb.


Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər yayıb.

Bildirilir ki, bu ilin yanvar-iyul aylarında portalı üzərindən 223 661 ədəd bilet alınıb. Ötən illə müqayisədə 48.516 ədəd bilet təşkil edib.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-08-2024, 09:29