mobil versiya

“Biletim.az” portalına qoşulan reyslərin sayı 283-ə çatıb



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına yeni istiqamət əlavə edilib.
Artıq sərnişinlər Sumqayıtdan Ağcabədiyə, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara onlayn bilet ala biləcəklər.
Hazırda portala 68 istiqamət, 43 məntəqə, 283 reys olmaqla, 308 nəqliyyat vasitəsi qoşulub.
Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.
Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 6-08-2024, 16:55