mobil versiya

Səudiyyə Ərəbistanı Krallığının Beynəlxalq Çoxtərəfli Əlaqələr üzrə nazir müavini Azərbaycan səfirini qəbul edib




Səudiyyə Ərəbistanı Krallığının Beynəlxalq Çoxtərəfli Əlaqələr üzrə nazir müavini Dr. Əbdülrəhman Əl-Rassi Azərbaycanın Krallıqdakı səfiri Mütəllim Mirzəyevi qəbul edib.

Bu barədə X-də Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi paylaşım edib.

Dr. Əl-Rassi səfiri salamlayıb və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.

Reportyor.az 
KARUSEL / SİYASƏT
Tarix: 7-01-2026, 17:17