Misli Premyer Liqasında yeni mövsümə bu gün start verilir

Bu gün futbol üzrə Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümünə start veriləcək.
İlk turun açılış oyununda "Karvan-Yevlax" Şamaxı şəhər stadionunda "Qəbələ"ni qəbul edəcək.
Görüş saat 17:00-da başlayacaq. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Qeyd edək ki, turun digər oyunları 16, 17 və 19 avqustda reallaşacaq. "Qarabağ” Çempionlar Liqasında yoluna davam etdiyi üçün beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), ilk turda “Sabah”la matçı təxirə salınıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Dünən, 10:54