mobil versiya

Lisey və gimnaziyalara sabah qəbul imtahanı keçiriləcək



Avqustun 16-sı saat 10:00-da 2025-2026-cı tədris ili üzrə şagidlərin yerdəyişmə prosesi imtahanla həyata keçirilən lisey və gimnaziyaların 5,6,7,8 və 9-cu siniflərinə qəbul imtahanı həyata keçiriləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, avqustun 26-da isə ibtidai siniflər üçün müsabiqənin müsahibə formatında təşkili nəzərdə tutulur.

İmtahana dair məlumatlar valideynlərin şəxsi kabinetinə göndərilib.
Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi üzrə müsabiqələr müəssisələr tərəfindən müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək.
Qeyd edək ki, lisey və gimnaziyalara verilən boş yer və müraciət sayları nəzərə alınaraq bəzi siniflər və müəssisələr üzrə müsabiqə ləğv edilib. Şagirdlər avtomatik olaraq seçim etdikləri müəssisələrə yerləşdiriləcək.

Reportyor.az




KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 18:14