mobil versiya

İsveçdə məscid yaxınlığında atışma nəticəsində iki nəfər yaralanıb





Cümə günü İsveçin Orebro şəhərində məscid yaxınlığında baş verən atışmada iki nəfər yaralanıb.

Bu barədə polis yerli mediaya bir nəfərin məsciddən çıxarkən güllələndiyini bildirib.

Polis atışma şəraiti ilə bağlı heç bir təfərrüat verməyib, lakin atəş açan şəxsi axtararkən ictimaiyyəti hadisə yerindən uzaq durmağa çağırıb.

Polis sözçüsü Anders Dahlman deyib ki, hazırda biz cinayətkarı və ya cinayətkarları fəal şəkildə təqib edirlər. Şahidləri dindirilir və texniki araşdırma aparılır.

Polisin onlayn açıqlamasında adam öldürməyə cəhdlə bağlı ilkin istintaqa başladığı bildirilib.

Orebro şəhərində fevral ayında məktəbdə atışma olub və hadisəni törədən də daxil olmaqla 11 nəfər həlak olub.

Reportyor.az





KARUSEL / DÜNYA
Tarix: Dünən, 17:52