Fələstin səfiri ilə Elçin Əmirbəyov diplomatik əlaqələrin gücləndirilməsini müzakirə edib

Fələstin Dövlətinin Azərbaycandakı səfiri Ahmed Metani Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşüb.
Səfirlikdən verilən məlumatda deyilir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə konstruktiv dialoq aparıb.
Görüşdə xüsusilə Fələstin və Azərbaycan arasında diplomatik əlaqələrin gücləndirilməsi, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarının araşdırılması və regionda sülh və sabitlik təşəbbüslərinin dəstəklənməsi məsələləri müzakirə edilib.
Bu qarşılıqlı əlaqələr çərçivəsində iki ölkə bir-birinə beynəlxalq platformalarda dəstək verməklə yanaşı, sosial-iqtisadi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq yolları da müzakirə olunub.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 16:35


























