mobil versiya

Ata və oğulu bıçaqladılar



Gəncə şəhərində ata və oğul bıçaqlanıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Tərlan Hüseynov və onun atası Xəyyam Hüseynov bıçaqlanıb.

Hələlik onların kim və ya kimlər tərəfindən bıçaqlandığı bilinməsə də, atanın mübahisəni ayırmaq istədiyi zaman bıçaqlandığı dəqiqdir.
Yaralılar ilkin olaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına oradan isə özəl xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma başlanılıb, təfərrüatlar dəqiqləşdirilir.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 29-11-2019, 13:50