mobil versiya

Gəncədə ev yandı - xəsarət alanlar var - VİDEO


Gəncə şəhərində fərdi mənzillərdən birində yanğın hadisəsi olub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 1961-ci il təvəllüdlü Rzayeva Məhluqə Əliş qızı və daha bir nəfər yanıq xəsarətləri alıb.

Yaralılar təcili olaraq Gəncədəki xəstəxanalardan birinə gətirilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin 5 yanğın söndürən maşını cəlb olunub.


KARUSEL / HADİSƏ / ÖLKƏ
Baxılıb: 11 Tarix: 13-10-2019, 14:33


Şərh bildir
yenilə, əgər kod görünmürsə