Qonşular birləşib 51 yaşlı qadını döydü - VİDEO
Daşkəsən rayonunda qonşular arasında dava olub.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Alunitdağ qəsəbəsində baş verib. 1968 ci il təvəllüdlü Lətifə Firudun qızı Bayramova müxtəlif xəsarətlərlə ilk olaraq Daşkəsən rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.
Qadının vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumatlara görə 51 yaşlı Lətifə Bayramova 4 nəfər qonşusu tərəfindən döyülüb. Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma başlanılıb.
KARUSEL / HADİSƏ
Tarix: 8-10-2019, 19:42