13 yaşlı oğlan anasına mesaj yazan 27 yaşlı gəncə 7 bıçaq vurdu
Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Reportyor.az APA-ya istinadən xəbər verir ki, rayonun Azadlıq prospektində ticarət mərkəzinin qarşısında 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğlu 13 yaşlı Murad adlı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ona 7 bıçaq zərbəsi vurulub və vəziyyəti ağırdır.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Yeniyetmə saxlanılıb. O, polisə ilkin izahatında bildirib ki, R.Məmmədov anasına mesajlar yazıb.
Reportyor.az
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 19-09-2019, 10:30