mobil versiya

Amin Seydiyev “Sabah”ın heyətində 100-cü çempionat oyununu keçirib


Azərbaycan millisinin futbolçusu Amin Seydiyev “Sabah”ın heyətində 100-cü çempionat oyununu keçirib.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, bu, Premyer Liqanın XVIII turuna təsadüf edib. 25 yaşlı müdafiəçi yetirməsi olduğu “Qəbələ” ilə qarşılaşmada yubiley matçına çıxıb.
A.Seydiyev 2020-ci ilin yayından “Sabah”ın formasını geyinir. O, dördüncü mövsüm oynadığı klubda keçirdiyi 100 görüşdə 2 qola imza atıb.
Qeyd edək ki, futbolçu “Sabah” forması ilə Premyer Liqadakı ilk matçına 2020-ci il avqustun 22-də çıxıb. Onun debüt matçında bakılılar səfərdə “Qarabağ”a 0:2 hesabı ilə uduzublar.

KARUSEL / İDMAN
Tarix: 25-12-2023, 11:41