mobil versiya

Dünən vətəndaşlardan 7 silah götürülüb


Yanvarın 6-da vətəndaşlardan ümumilikdə 7 silah götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 2 qumbara, 1 qumbara alışdırıcısı, 2 patron darağı, 192 ədəd müxtəlif çaplı patron və 12 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat, 3 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 14 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

KARUSEL / HADİSƏ
Tarix: 7-01-2024, 10:35