mobil versiya

Rusiya və İranın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər



Rusiyanın müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı Məhəmməd Aştiani ilə telefon danışığında ikitərəfli hərbi əməkdaşlığı müzakirə edib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlər danışıqlar zamanı hərbi sahədə ikitərəfli aktual məsələləri və hərbi-texniki əməkdaşlığa dair istiqamətləri müzakirə ediblər.
Şoyqu və Aştianinin regional təhlükəsizlik üzrə məsələlərə dair fikir mübadiləsi etidiyi də bildirilib.

KARUSEL / DÜNYA
Tarix: 15-01-2024, 15:53