mobil versiya

“Dahilər” adlı möhtəşəm konsert proqramı keçiriləcək



Aprelin 11-də Heydər Əliyev Sarayında “Dahilər” adlı möhtəşəm konsert proqramı keçiriləcək.
"Azkonsertshow" və "Maestro Music - Azərbaycan"ın təşkilatçılığı və Azərbaycan Televiziyasının informasiya dəstəyi ilə keçirilən gecədə görkəmli bəstkarlarımız Tofiq Quliyev, Emin Sabitoğlu, Oktay Kazımi və Elza İbrahimovanın yaddaşlara həkk olunan unudulmaz bəstələri səsləndiriləcək.
Bakı Sinfonietta Orkestrinin müşaiyəti ilə baş tutacaq tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri Xalq artistləri, Əməkdar artislər və tanınmış müğənnilər çıxış edəcəklər.
 Saat 19:00-da başlayacaq konsertinin biletlərini şəhərin kassalarından və iticket.az saytından onlayn əldə etmək olar.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 15-02-2024, 16:55