mobil versiya

Araz Elsəsin ilk solo konsert proqramı keçiriləcək


Sentyabrın 30-da Heydər Əliyev Sarayında dünyaca məşhur azərbaycanlı ozan Araz Elsəsin ilk solo konsert proqramı keçiriləcək.
Türk dünyasının sevilən siması, Azərbaycan və onun musiqisinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının vurğunu və aşiqi ozan Araz Elsəs “Sevgili yurdum” adlı konsertində sevilən ifaları ilə yanaşı, türkçülüyü, vətənpərvərliyi tərənnüm edən yeni əsərlərini təqdim edəcəkdir.
Saat 19:00 –da baş tutacaq konsertin biletlərinin qiyməti 20-80 manat təşkil edir.
Biletləri https://iticket.az/ru/events/concerts/araz-elses/94159
saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 16-06-2023, 17:02