mobil versiya

Avqustda dövlət qurumlarına olan kiberhücumların sayı açıqlanıb



Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına qarşı 612 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Bu barədə Dövlət Xidmətinin məlumatında deyilir.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azdır.
Qeyd olunan kibertəhdidlərin 211-i daxili araşdırma, 401-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində aşkarlanaraq bloklanıb.
Təkcə avqust ayında isə 39 kiberhücum qeydə alınıb ki, bu da 1 il əvvələ nisbətən 25 faiz azdır.
Məlumata görə, 2024-cü ildə dövlət qurumlarına ümumilikdə 1070 kiberhücum edilib. Onların 550-si daxili araşdırmalar, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində müəyyən olunaraq bloklanıb.

Reportyor.az




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:11