Xüsusi hədəflənmiş kiberhücumların qarşısı alınıb
Üçüncü rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən kiberhücumların analizi nəticəsində 828 kiberhücum indikatoru müəyyən edilib.
Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.
Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb.
Bu kibertəhdidlərin 439-u daxili araşdırma, 389-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:05