Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 2 dəfədən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 675 kiberhücum indikatoru (IOC) müəyyən edib.
XRİTDX-in məlumatları əsasında aparılan hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 17 % azdır.
Kibertəhdidlərin 340-ı daxili araşdırma, 335-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə avqust ayında 52 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 2,3 dəfə azdır.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 560,7 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 43 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 170 min 768 zərərverici tərkibli elektron sənəd blok edilib.(report)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-09-2024, 16:47