mobil versiya

Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb




Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.












KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 10:34