Külli miqdarda qızıl-zinət əşyalarının sanitar qovşaqda gizlədilərək ölkəyə keçirmək istədilər
Azərbaycanda külli miqdarda qızıl-zinət əşyalarının sanitar qovşaqda gizlədilərək ölkəyə keçirilməsinə cəhd göstərilib.
Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısını alıb.
Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşı 31 ədəd bağlamada qızıl-zinət əşyalarını pasport yoxlanış keçid məntəqəsinin qarşısında olan sanitar qovşaqda təmizlik işlərini aparan şəxsə verib, sonuncu da qeyd olunan qızıl-zinət əşyalarını zibil və salfetka qablarında gizlədib. Qeyd olunan zibil və salfetka qablarına keçirilən baxış zamanı 31 ədəd bağlamada, ümumi çəkisi 8 kiloqram 400 qram olan qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
KARUSEL / ÖLKƏ
Tarix: 31-01-2024, 17:14