mobil versiya

Ölkəyə 252 minlik qiymətli əşyalar keçirmək istədilər



Ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən külli miqdarda brilliant, qızıl və qiymətli əşyalar aşkarlanıb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Dubay-Bakı aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn vətəndaşdan qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar keçirdiyi 252 min 502 manat dəyərində brilliant, qızıl və sair qiymətli əşyalar aşkar olunaraq götürülüb.
Fakta görə Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Baş idarə tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri ilə malları gömrük nəzarətindən kənar keçirən şəxsdən əlavə cinayətin törədilməsində iştirak edən 3 nəfər şəxs də müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxslərin hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 14-08-2023, 16:38