mobil versiya

Ölkəyə qeyri-qanuni yolla dərman keçirilməsinin qarşısı alınıb - FOTO




Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, baş idarənin “Qırmızı Körpü” gömrük postunda “Mersedes-Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı avtomobilin altındakı hava balonunun içərisində, gömrük nəzarətindən gizlədilən 3 000 kapsul, 1 250 həb müxtəlif adda dərman preparatları və 100 ədəd krem aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
SON XƏBƏR / KARUSEL
Tarix: 9-09-2021, 22:00