Qazaxıstanın xarici işlər naziri saxlanılıb?

Qazaxıstanın xarici işlər naziri Murat Nurtley, iş adamı Qadji Qadjiev və bir neçə yüksək rütbəli KNB zabiti saxlanılıb.
Bu barədə Orda.kz məlumat yayıb və bildirir ki, hüquq-mühafizə orqanlarındakı mənbələrimiz məlumatı təsdiqləyib.
Nurtley Çində ŞƏT sammitindən qayıtmazdan bir gün əvvəl evində ələ keçirilib. Həm nazir, həm dəQadjiev axtarışa verilib.
Rəsmilər məlumatı təkzib edir. Amma mənbələrimiz bunun əksini deyir.
“Bəzi rəsmi KİV və anonim teleqram kanalları dövlət qulluqçularının saxlanması ilə bağlı təsdiqlənməmiş məlumatlar yayırlar” - bu barədə mədəniyyət və informasiya naziri Aida Balayeva Facebook səhifəsində yazıb.
Murat Nurtley baş nazirin müavini və xarici işlər naziri, güc strukturunda əsas fiqurdur. O, ən nüfuzlu siyasətçilərdən biridir. Onun təsiri əsasən təhlükəsizlik güclərindəki sıx əlaqələri ilə izah olunur. O, bu əlaqələri hələ Qəntar dövründə, DTX sədrinin müavini olduğu vaxtlarda qura bilib.
Qadji Qadjiev formal olaraq iş adamı kimi tanınır. Amma reallıqda o, MTN-nin ştatdankənar əməkdaşı işləyib.
Bu arada Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib ki, Qazaxıstan Respublikasının xarici işlər nazirinin saxlanılmasına dair xəbər feykdir: "Dezinformasiyalara inanmamağı xahiş edirik".
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:18