mobil versiya

Paytaxtda tullantılar yığılmış sahədə baş vermiş yanğınla əlaqədar polis əməkdaşları cəlb olunub




Bakının Xətai rayonu Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür, sürücülərə alternativ yollarla hərəkət etmələri barədə istiqamətlər verilir.

Reportyor.az



KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 17:29