mobil versiya

4 sentyabrın – Taekvondo Günü olduğunu bilirdinizmi?




Bu tarix təsadüfi seçilməyib: 1994-cü il 4 sentyabrda Parisdə keçirilən Beynəlxalq Olimpiya Komitəsinin (IOC) 103-cü sessiyasında taekvondo ilk dəfə Olimpiya oyunlarının rəsmi idman növü kimi qəbul edilib. Bu qərarla bağlı olaraq hər il 4 sentyabr dünyada “Taekvondo Günü” (Taekwondo Day) kimi qeyd olunur

Taekvondo sadəcə idman növü deyil – həm bədəni, həm də ruhu inkişaf etdirən, ədəb-ərkanı və sülhü təbliğ edən döyüş sənətidir. 

 2014-cü ildən etibarən Koreya Respublikası Xarici İşlər Nazirliyi dünyanın müxtəlif ölkələrində “Taekvondo üzrə Səfir Kuboku” turnirini təşkil edir. Bu yarışlarda çoxsaylı ölkələrdən olan idmançılar iştirak edir və taekvondonun dəyərlərini birlikdə yaşadırlar.

Cənubi Koreyanın ölkəmizdəki səfirliyi xəbər verir ki, Azərbaycanda keçiriləcək Taekvondo üzrə Səfir Kuboku 6 sentyabr 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində baş tutacaqdır.

Səfirlik hər kəsi bu idman bayramına diqqət və maraq göstərməyə dəvət edir.

Reportyor.az



KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:08