mobil versiya

Dünya Taekvondo Federasiyasının prezidenti Azərbaycana gəlir



Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu Bakıya gələcək.
O, ilk dəfə keçirilən kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyinin açılış mərasimində iştirak edəcək.
Tədbirə Çu ilə yanaşı, Azərbaycan Taekvondo Federasiyanın prezidenti Kəmaləddin Heydərov və gənclər və idman nazirinin müavini Mariana Vasileva da qatılacaqlar.
Açılış mərasimi aprelin 5-də olacaq. Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunacaq tədbir saat 16:00-da başlayacaq.
KARUSEL / İDMAN
Tarix: 4-04-2024, 09:09