mobil versiya

Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub



Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.
Federasiyadan "Report"a verilən məlumata görə, yığma cənubi koreyalı Sun Mi Parka həvalə edilib.
2014 - 2017-ci illərdə də millinin sükanı arxasında olan təcrübəli mütəxəssisin qarşısına gələn il Bakıda keçiriləcək dünya çempionatında uğurlu çıxış etmək, Paris-2024 Yay Olimpiya Oyunlarına maksimum lisenziya qazanmaq və olimpiadada yaxşı nəticə əldə etmək hədəfi qoyulub.
O, həmçinin gənc qız taekvondoçuların inkişafına öz dəstəyini verəcək.
Azərbaycan olimpiadada yeganə medalı Parkın rəhbərliyi altında qazanıb. Taekvondoçular onun məşqçiliyi zamanı qitə çempionatı və Avropa Oyunlarında da mükafata yiyələnib.
Qeyd edək ki, Sun Mi Park bu postda Səbuhi Zülfüqarovu əvəzləyib.

KARUSEL / İDMAN
Tarix: 29-12-2022, 16:44