mobil versiya

“Dahilər” adlı möhtəşəm konsert proqramı keçiriləcək




Aprelin 11-də Heydər Əliyev Sarayında “Dahilər” adlı möhtəşəm konsert proqramı keçiriləcək.

"Azkonsertshow" və "Maestro Music - Azərbaycan"ın təşkilatçılığı və Azərbaycan Televiziyasının informasiya dəstəyi ilə keçirilən gecədə görkəmli bəstkarlarımız Tofiq Quliyev, Emin Sabitoğlu, Oktay Kazımi və Elza İbrahimovanın yaddaşlara həkk olunan unudulmaz bəstələri səsləndiriləcək.
Bakı Sinfonietta Orkestrinin müşaiyəti ilə baş tutacaq tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri Xalq artistləri, Əməkdar artislər və tanınmış müğənnilər - Xalq artistləri Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Zaur Rzayev, Əməkdar artistlər Elton Hüseynəliyev, Lalə Məmmədova, Arzu Əliyeva, Rəşad İlyasov, Əməkdar mədəniyyət işçisi Aşıq Samirə Əliyeva, tanınmış ifaçılar Samir Piriyev, Nazim Faytonçu, Səbinə Ərəbli, Zabitə Alıyeva,Zamiq,Azad Şabanov, Humay Aslanova və başqaları çıxış edəcəklər.
Tamaşaçılarımızın diqqətinə çatdırmaq istəyirik ki, ifaçıların siyasına yaxın günlərdə yeni əlavələr olacaqdır.

Saat 19:00-da başlayacaq konsertinin biletlərini şəhərin kassalarından və iticket.az saytından onlayn əldə edə bilərsiniz.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 9-04-2024, 10:07