mobil versiya

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb



Xocavənd rayonun Güney Xırman kəndindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, 4 TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursatlar aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bundan başqa keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyənləşdirilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

KARUSEL / ÖLKƏ
Tarix: 26-04-2024, 10:39