mobil versiya

ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya gedib



ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Şuşaya səfər edib.
Bu barədə səfirliyin FB hesabında paylaşım edilib.
Bildirilib ki, səfir Mark Libbi və xanımı Danusia Libbi bu gün Füzuli və Şuşaya səfər ediblər.
Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır.

KARUSEL / SİYASƏT
Tarix: 6-05-2024, 13:41