mobil versiya

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb



Bu gün 2024/2025-ci tədris ili üçün musiqi və incəsənət məktəblərinə şagird qəbuluna start verilib.
Mədəniyyət Nazirliyinin tabeliyindəki həmin məktəblərə şagird qəbulu ilk dəfə olaraq elektron qaydada həyata keçirilir.
Mayın 6-sı 12:00-dan start götürən qəbul prosesi "my.culture.az" vahid şəxsi kabineti vasitəsilə mayın 31-dək həyata keçiriləcək.
Qeyd edək ki, mayın 6-31-də tez və ya gec müraciət etməsindən asılı olmayaraq bütün müraciətlər bərabərhüquqlu hesab edilir və müraciəti təsdiqlənmiş şəxslər növbəti imtahan mərhələsinə vəsiqə qazanır.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 6-05-2024, 14:25