Qətər Suriyadakı səfirliyini tezliklə açacağını deyib

Qətər Prezident Bəşər Əsədin müxalifətin hücumu nəticəsində devrilməsindən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyini tezliklə yenidən açacağını bildirib.
Reportyor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari açıqlamasında deyib: "Körfəz ölkəsi lazımi tədbirləri tamamladıqdan sonra qardaş Suriya Ərəb Respublikasındakı səfirliyini tezliklə yenidən açacaq”.
KARUSEL / DÜNYA
Tarix: 11-12-2024, 15:00