İran Ukraynada istifadə üçün Rusiyaya ballistik raketlər verə bilər

Bu barədə “Washington Post”a iki amerikalı məmur məlumat verib.
Onların sözlərinə görə, ABŞ-ın müttəfiq dövlətlərindən birinin kəşfiyyatı belə nəticəyə gəlib.
Kəşfiyyatçılar artıq ABŞ və Ukraynanı məlumatlandırıblar.
Qeyd olunur ki, artıq zavodlarda “Fateh-110” və “Zülfüqar” raketlərinin ilk partiyası hazırlanır. Bu qısamənzilli ballistik raketlər müvafiq olaraq 300 və 700 km məsafədəki hədəfləri vura bilir.
oxu.az
MANŞET
Tarix: 17-10-2022, 11:23