mobil versiya

Qənirə Paşayeva spiker olacaq? — AÇIQLAMA



Yerli mətbuatda Milli Məclisin sədrinin Qənirə Paşayeva olacağı ilə bağlı məlumat yayılıb.

REPORTYOR.AZ xəbər verir ki, Q.Paşayeva Oxu.Az-a açıqlamasında yayılan məlumatlara münasibət bildirib.
O qeyd edib ki, həmin məlumatlar doğru deyil.

Xatırladaq ki, növbəti çağırış Milli Məclisin ilk iclasında parlament sədri seçilir. Milli Məclisin sədri deputatlar sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir.    
Milli Məclisin sədri vəzifəsinə namizədliyi deputatlar irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.

Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Milli Məclisin sədrliyinə hər namizəd Hesablayıcı Komissiyanın tərkibinə əlavə bir deputat daxil edə bilər.
Gizli səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin sədri seçilir. 

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Baxılıb: 679 Tarix: 13-02-2020, 14:18



Şərh bildir
yenilə, əgər kod görünmürsə