mobil versiya

Laosda 50-dən çox Budda heykəli tapılıb



Laosun şimalında qazıntı zamanı 51 ədəd Budda təsvirli heykəllər aşkarlanıb.
Lao Phattana News” saytının xəbərinə görə, heykəllərin dəqiq yaşı və mənşəyi məlum olmasa da, mütəxəssislər onların bir neçə yüz il əvvələ aid ola biləcəyini ehtimal edirlər.
Aprelin 2-də tapılan heykəllər təhlükəsizlik mülahizələrinə əsasən, Laosun paytaxtı Vyentyandan təxminən 180 kilometr şimal-şərqdə kənd ofisinə yerləşdirilib. Laos İnformasiya, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri heykəllərin tapıldığı qazıntı sahəsinə baxış keçirəcək.
Mart ayında Bokeo əyalətinin şimalındakı Tonfeunq rayonunda da yaşı və mənşəyi məlum olmayan 200-dən çox Budda heykəli aşkarlanmışdı. Ərazidə qazıntılar davam edir.


MARAQLI / KARUSEL
Tarix: 9-04-2024, 12:11