mobil versiya

Macarıstan Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası istiqamətində görülən işləri alqışlayır


Azərbaycan və Ermənistan tərəfindən sərhədlərin demarkasiyası istiqamətində görülən işləri alqışlayırıq.
Bunu Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası çərçivəsində keçirilən mətbuat brifinqdə deyib.
O qeyd edib ki, sülhün bərpa olunması üçün hazırıq.
"Həmçinin Macarıstan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində də Azərbaycana dəstək göstərməyə hazırdır. İki ölkə arasında sülhün bərpa olması üçün kömək etməyə hazırıq", - nazir əlavə edib.(trend)


KARUSEL / SİYASƏT
Tarix: 25-04-2024, 12:48