mobil versiya

Lider TV-nin yayımı dayandırılıb


Artıq bir neçə saatdır Lider TV-nin yayımı dayandırılıb.

“Report”un məlumatına görə, dünən saat 22:01-də efirə gedən “Gecənin sehri” verilişi başlayandan sonra efir yarıda kəsilib.

Hazırda telekanalın yayımı işlək deyil. Məsələ ilə bağlı rəsmi mövqe öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Lider TV 2000-ci ildən fəaliyyət göstərir.

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 11-03-2020, 01:11