mobil versiya

Bu gün MSK-nın növbəti iclası keçiriləcək




Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasıdır.

REPORTYOR.AZ xəbər verir ki, MSK-nın iclası 14:00-da baş tutacaq.

İclasda fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərinin yekunları müzakirə olunacaq və daxil olan şikayətlərə baxaraq, müvafiq qərarlar veriləcək.

 MSK-nın fevralın 13-də keçirilən iclasında seçkinin nəticələri ilə bağlı  daxil olan şikayətlər əsasında 4 seçki dairəsinin nəticələri ləğv olundu və 15 seçki dairəsində baş verən qanun pozuntularının araşdırılamsı üçün prosedur qaydalarına uyğun olaraq baxılmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərib.    

MSK-nın fevralın 13-də qəbul etdiyi qərara əsasən  33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib.

Bundan əlavə olaraq MSK-nın qəbul etdiyi qərara əsasən 10 saylı Binəqədi Üçüncü (lider namizəd Madər Musayev), 15 saylı Yasamal Birinci (lider namizəd Ülvi Quliyev), 28 saylı Sabunçu Üçüncü (lider namizəd Eldar Quliyev), 45 saylı Abşeron (lider namizəd Oqtay Əsədov), 50 saylı Abşeron-Qobustan (lider namizəd Şahin Seyidzadə), 60 saylı Salyan-Neftçala (lider namizəd Fəzail Ağamalı), 67 saylı Cəlilabad Şəhər (lider namizəd Malik Həsənov) 79 saylı İmişli (lider namizəd Razi Nurullayev), 90 saylı Ağdaş (lider namizəd Cavid Osmanov), 92 saylı Zərdab- Ucar (Jalə Əliyeva), 109 saylı Balakən (Nəsib Məhəmməliyev), 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd (lider namizəd  Elman Məmmədov) və 125 saylı Zəngilan-Qubadlı (lider namizəd İmamverdi İsmayılov) Seçki dairələri üzrə müraciətlər prosedura uyğun olaraq müvafiq dairə seçki komissiyalarına göndərilib.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Baxılıb: 20 Tarix: 15-02-2020, 12:30


Şərh bildir
yenilə, əgər kod görünmürsə