mobil versiya

İnsult təhlükəsi yaradan məşhur qida



İnsulta səbəb olan yüksək təzyiqi artıran qidalardan birincisi duzdur.

Duzlu qida, şoraba yedikdən sonra təzyiqin kəskin qalxması ilə insult baş verməsi riski dəfələrlə yüksəlir.

"Medicina" xəbər verir ki, insultun profilaktikası müalicəsindən daha vacibdir.

Sizin hər gün istifadə etdiyiniz kiçik bir inqridiyent beyninizi riskə qoyur.

"Baxmalayaraq ki, acılı, istiotlu qidalar qan dövranı və damarlar üçün faydalıdır. Həddən artıq duz əksinə təsir edir. Duzlu yeyənlərdə insult riski artır.

Yemək zamanı duzqabı əlinin altında olan şəxslərin orqanizmində normadan artıq natrium toplanır.

Bu isə yüksək təzyiq yaradır. Bu isə öz növbəsində ürək tutması və insulta səbəb olur.

80% hallarda insult və infarktın qarşısını almaq olar, yetər ki, duzun istifadəsinə ciddi nəzarət edin.

Duz istifadəsindən sonra damarlarda suyun miqdarı kəskin artır, bu da damar divarına təzyiq yaradır.

MARAQLI / SAĞLAMLIQ
Tarix: 16-09-2022, 11:48