mobil versiya

Bu qız 60 saniyəlik videodan 200 min dollar qazanır (FOTOLAR)




Son illərin populyar sosial şəbəkə platforması TikTok-un fenomenləri bəzi firmalarla bağladıqları müqavilə əsasında 60 saniyəlik video paylaşımlarından 200 min dollar qazanırlar.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, onlardan biri də 17 yaşlı amerikalı fenomen Loren Qreydir. 38 milyon izləyicisi olan Laranın paylaşımları gündəlik 2 milyarddan çox bəyənmə alır. O kanalında rəqs edir, məhsulları təqdim edir və vloq çəkir.

O, TikTokdan əvvəl də sosial şəbəkə fenomeni idi. Lorenin 2015-ci ildə açdığı Musical.ly hesabı qısa müddətdə tanınaraq, ən məşhur adlar sırasında yer alıb.

Qrey 2018-ci ildə Virgin Recordsla müqavilə imzalayaraq musiqiyə professional giriş edib. Bundan sonra onun "My Story" mahnısı bazara çıxarılıb. Milyonlarla izləmə qazandıqdan sonra yeni mahnılar yazdırmağa başlayıb.



















MARAQLI / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 27-02-2020, 12:48