mobil versiya

Rusiyada koronavirusa yoluxanların sayı 24 mini ötdü




Rusiyada son bir gündə 3 388 nəfərə koronavirus diaqnozu qoyulub, 28 nəfər virusun qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 24 490 nəfərə, ölənlərin sayı 198-ə, sağalanların sayı isə 1 986 nəfərə çatıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 1 774.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 001 000-i ötüb. Bunların 484 979 nəfəri sağalıb, 126 782 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 1

MARAQLI / SON XƏBƏR / DÜNYA
Tarix: 15-04-2020, 11:30