mobil versiya

Dünyada koronavirusdan ölənlərin sayı 60 000-i ötdü




Dünyada koronavirus qurbanlarının sayı 60 123 nəfərə yüksəlib.

“Report” "Worldometers"ə istinadən xəbər verir ki, qeydə alınmış koronavirusa yoluxma hallarının da sayı artıb.

Belə ki, dünyada qeydə alınmış yoluxmaların sayı 1 130 114 nəfərə çatıb.

Qeyd edək ki, Azərbaycanda indiyədək 443 nəfərdə koronavirus aşkarlanıb. Yoluxanların 32 nəfəri sağalsa da, 5 nəfər dünyasını dəyişib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 4-04-2020, 15:47