mobil versiya

Qubaya film çəkilişinə gedən heyətin avtomobili dərəyə aşıb, ölən və yaralanan var




Quba-Alpan-Susay-Xınalıq yolunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub.

O, Füzuli rayon sakini İlqar Mübaşir oğlu Əhmədovdur.
***
15:29
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun Qrız kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə nazirlikdən bildirilib.
Qeyd edilib ki, FHN-nin yanğınsöndürən xilasedici qüvvələri cəlb edilib. Avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
***
15:17
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qalayxudat kəndi yaxınlığında, yüksək dağlıq ərazidə "Ford" markalı yük avtomobili yoldan çıxaraq dərəyə aşıb. (apa)


KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 15:48