Avqustun bütün sosial ödənişləri yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının bütün sosial ödənişləri yekunlaşıb.
Nazirliyin Mətbuat xidmətinin məlumatına görə, avqustun 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə avqust ayının pensiyaları, avqustun 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları, avqustun 27-də isə avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Reportyor.az
KARUSEL / SOSİAL
Tarix: Bu gün, 14:27