Gürcüstan Prezidenti Rusiya ilə dialoqun şərtlərini açıqlayıb

"Rusiya ilə hər hansı bir əlaqə qurmaq, bu əlaqələri bərpa etmək üçün bizim kimi kiçik qonşu ilə münasibətdə Rusiyanın mövqeyində dəyişikliyin olduğunu görməliyik. Rusiya münasibətlərin məcburiyyət üzərində qurulmayacağını qəbul etməlidir. Bu istiqamətdə açıq şəkildə siqnalları görəndə əminəm ki, gələcəkdə dialoqa hazır olacağıq ", deyə Gürcüstan prezidenti bildirib.
Zurabişvili 2008-ci ildən Rusiya və Gürcüstan arasında diplomatik əlaqələrin olmadığını xatırladıb.
Zümrüd Paşkin /APA/
SİYASƏT / DÜNYA
Tarix: 28-08-2019, 11:40