mobil versiya

Honq Konqda Qanunvericilik Şurasının iki üzvü saxlanılıb


Honq Konqun Qanunvericilik Şurasının etiraz aksiyalarını dəstəkləyən Vətəndaş Partiyasından iki üzvü - Ceremi Tama və O Nok-Hina polislər tərəfindən saxlanılıblar. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Qanunvericilik Şurasının üzvləri polis əməkdaşlarına müqavimət göstərdiklərinə görə saxlanılıblar.
Daha əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən "Demosisto" radikal etiraz hərəkatının iki aktivisti - Coşua Vonq və Aqnes Çou saxlanılmışdı. Onlar daha sonra sərbəst buraxıldı. /Trend/

SİYASƏT / DÜNYA / HADİSƏ
Tarix: 31-08-2019, 08:19