mobil versiya

Dönərdən zəhərlənənlər son vəziyyətlərindən danışdılar - VİDEO




Bu gün dönərdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəxslər hadisə ilə bağlı Baku tv-yə danışıblar.

REPORTYOR.AZ
xəbər verir ki, zəhərlənən şəxslərdən Əziz Afaq deyir ki, 2 saat keçməmiş əvvəlcə bacısı oğlunun, ardınca anasının, sonra isə öz halı pisləşib. Tünzalə Fəttahova isə dönər yeyərkən heç nə hiss etmədiyini, 2 saat sonra mədə ağrıları və ürəkbulanma ilə xəstəxanaya gəldikdə qida zəhərlənməsi diaqnozu qoyulub.

Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu da bildirib ki, ötən gün saat 13.00-dan 17.00-dək müxtəlif vaxtlarda ümumilikdə 8 nəfər Kliniki Tibbi Mərkəzə daxil olub. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilərkən onların vəziyyəti orta-ağır olub. E.Hidayətoğlu həmçinin qeyd edib ki, onlardan 2 nəfər evə buraxılıb digərlərinin vəziyyəti orta-ağır və stabil olaraq qalır.

Qida Təhlükəsizliyi Agentliyi yanında ictimai şuranın sədri Eyyub Hüseynov məsələ ilə bağlı bildirib ki, ən təhlükəli ətlər dönərxanalardadır. E.Hüseynov ölkədə 15 mindən çox dönərxana olduğunu və murdar ətlərin oralara gəlib çıxdığını qeyd edib.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 13-12-2021, 20:11