mobil versiya

Deputatığa namizəd Məhsəti Hüseynova seçiciləri ilə növbəti dəfə görüş keçirdi




“Milli Məclisdə qaldırılacaq məsələlərdən biri də evdar xanımlara, xüsusilə analara sosial müavinətlərin ayrılması olmalıdır!

20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Məhsəti Hüseynova, ərazi üzrə hər gün seçicilərlə kütləvi və fərdi görüşlərə davam edir. Hər gün Nərimanov rayonu üzrə fərqli problemləri işıqlandırması ilə diqqəti çəkən namizəd bu gün də evdar xanımların, xüsusilə analara sosial müavinətlərin ayrılması probleminə toxundu.

“20 saylı Nərimanov 2ci seçki dairəsi üzrə seçicilərlə fərdi görüşlərimiz davam edir. İş günü istənilən saatlarda görüşlərdə olduğumuzdan, evlərdə əsasən evdar xanımlara və körpə uşağı olan analarla görüşlərimiz olur, və onların sosial müavinətlərə ehtiyac duyduğu problemlərinin olması diqqətimizdən yayınmadı. Seçildiyim təqdirdə Milli Məclisdə ilk olaraq qaldıracağım məslələrdən biri də mütləq bu olacaq.”

Görüşdə seçkilərdə iştirakın əhəmiyyəti, əhalinin problemləri, millət vəkili seçiləcəyi təqdirdə əhalinin problemlərinin həllində səlahiyyəti daxilində digər görə biləcəyi işlər haqqında danışılıb. Vətəndaşların əksəriyyəti səsvermədə şəffaflığın qorunmaması səbəbindən seçkilərə inanmadığını bildirib. Məhsəti Hüseynova millət vəkili seçiləcəyi təqdirdə onların hər problemində yanlarında olacağını, bu ərazidə çoxsaylı problemin həllinə nail olacağını, seçkiyə gəlməklə saxtakarlığa son qoymağın mümkün olduğunu vurğulayıb. Vətəndaşların əksəriyyəti seçkiyə gələcəyinə və məhz Məhsəti Hüseynovaya səs verəcəyinə söz veriblər.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 6-02-2020, 14:18