mobil versiya

Deputatlığa namizəd Məhsəti Hüseynova seciçiləri ilə daha bir görüş keçirdi - FOTOLAR




20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Məhsəti Hüseynova, Xutor yaşayış sahəsinin 2-ci Şimal Şitilliyində yaşayan seciçiləri ilə görüşüb. 

Görüşdə seçkilərdə iştirakın əhəmiyyəti, əhalinin problemləri, millət vəkili seçiləcəyi təqdirdə əhalinin problemlərinin həllində səlahiyyəti daxilində görə biləcəyi işlər haqqında danışılıb. Vətəndaşlar səsvermədə şəffaflığın qorunmaması səbəbindən seçkilərə inanmadığını bildirib. Onlar ərazidə gündəlik ehtiyaclarını qarşılayacaq mağazaların olmadığından, seçki məntəqəsinin yeganə market olan “OBA” marketində yerləşməsindən, seçki vaxtı bu problemlərin hər ailəyə mənfi təsir etdiyindən, infrastrukturun düzgün qurulmamasından şikayətlənib. Məhsəti Hüseynova millət vəkili seçiləcəyi təqdirdə onların hər problemində yanlarında olacağını, bu ərazidə çoxsaylı problemin həllinə nail olacağını, seçkiyə gəlməklə saxtakarlığa son qoymağın mümkün olduğunu vurğulayıb. Vətəndaşların əksəriyyəti seçkiyə gələcəyinə və məhz Məhsəti Hüseynovaya səs verəcəyinə söz veriblər.




SON XƏBƏR / KARUSEL
Tarix: 3-02-2020, 21:49